Tibbi istiqamət
Terapiya və daxili xəstəliklər
Terapevt — ilk müraciət üçün doğru həkimdir. Şikayətin hansı ixtisasa aid olduğunu bilmirsinizsə, daxili xəstəliklər həkimi ümumi vəziyyətinizi qiymətləndirir, lazımi müayinələri təyin edir və ehtiyac olarsa sizi dar ixtisaslı həkimə yönləndirir. Alyans Clinic-də daxili xəstəliklər üzrə qəbulu daxili xəstəliklər uzmanı, endokrinoloq Dr. Sevinc Vəliyeva aparır.
- Qəbul: Daimi
- 1 mütəxəssis
Hansı şikayətlərlə müraciət etmək olar?
- uzun sürən halsızlıq və yorğunluq
- qan təzyiqinin tez-tez dəyişməsi
- keçməyən öskürək, qızdırma
- mədə ağrısı, həzmsizlik, köp, ürəkbulanma
- sidikdə yanma, tez-tez sidiyə getmə, böyrək nahiyəsində ağrı
- oynaq ağrıları
- qan analizində dəyişiklik (qanazlığı, yüksək şəkər, xolesterin).
Klinikada hansı müayinələr aparılır?
Qan və sidik analizləri, EKQ, USM, rentgen — hamısı eyni binada. Bax: Laboratoriya, EKQ və Holter, USM, Rentgen.
Tez-tez verilən suallar
Hansı həkimə müraciət edəcəyimi bilmirəm. Nə etməliyəm?
Qeydiyyat şöbəsinə şikayətinizi deyin. Adətən ilk addım terapevt müayinəsidir; həkim lazım bilsə, sizi klinikadakı uyğun mütəxəssisə yönləndirir.
Terapevtə gələrkən analiz verməliyəmmi?
Əvvəlcədən analiz vermək məcburi deyil. Hansı analizlərin lazım olduğunu həkim müayinədən sonra deyir. Əvvəlki nəticələriniz varsa, özünüzlə gətirin.