Tibbi istiqamət

Revmatologiya

Revmatologiya oynaqların, əzələlərin, birləşdirici toxumanın iltihabi və autoimmun xəstəlikləri ilə məşğul olur. Alyans Clinic-də revmatoloji qəbulu revmatoloq Dr. Vüsalə Atakişiyeva müəyyən günlərdə aparır.

  • Qəbul: Müəyyən günlərdə
  • 1 mütəxəssis
Daxili xəstəliklər

Hansı əlamətlər revmatoloq müayinəsi tələb edir?

  • əllərdə, dizlərdə, dirsəklərdə şişkinlik, qızartı və ağrı
  • səhərlər oynaqlarda sərtlik (tutulma)
  • çiyin, bel və çanaq oynaqlarında hərəkət məhdudluğu
  • oynaqların formasının dəyişməsi
  • oynaq ağrıları ilə birlikdə dəridə səpgi, qızdırma, halsızlıq.
Revmatoloq Vüsalə Atakişiyeva

Hansı xəstəliklər müayinə və müalicə olunur?

  • revmatoid artrit, psoriatik artrit, reaktiv artrit
  • infeksion və virus mənşəli artritlər
  • podaqra
  • osteoartrit (oynaq aşınması)
  • osteoporoz
  • ankilozlaşan spondiloartrit (Bexterev xəstəliyi) və digər seroneqativ artritlər
  • sistem qırmızı qurdeşənəyi (lupus), sistem sklerodermiya, antifosfolipid sindromu
  • vaskulitlər, Behçet xəstəliyi
  • ailəvi Aralıq dənizi qızdırması (FMF)
  • kəskin revmatik qızdırma

Klinikada hansı müayinələr aparılır?

Revmatoloji analizlər (məsələn, revmatoid faktor, C-reaktiv zülal), qanın ümumi analizi, oynaqların rentgeni, USM və MRT.

Həkim

Tez-tez verilən suallar

Oynaq ağrısı ilə revmatoloqa, yoxsa travmatoloqa getməliyəm?

Travmadan sonra yaranan ağrı, sınıq və ya çıxıq şübhəsi travmatoloqun işidir. Səbəbsiz başlayan, bir neçə oynağı tutan, şişkinlik və səhər sərtliyi ilə müşayiət olunan ağrılar isə revmatoloji müayinə tələb edə bilər. Əmin deyilsinizsə, qeydiyyat şöbəsi sizi yönləndirəcək.

Saytda axtarış

Qəbula yazılın

Qəbul günü və saatını WhatsApp və ya telefonla razılaşdırırıq. Qonaq həkimlərin qəbuluna yerlər məhduddur, ona görə qeydiyyatı əvvəlcədən edin.

Düyməyə basdıqda WhatsApp açılır və qeydiyyat mesajı hazır olur. Qəbul vaxtı qeydiyyat şöbəsi tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir. Formaya ətraflı tibbi məlumat yazmayın — şikayətinizi qəbulda həkimə danışın.

Alyans Clinic

Çoxprofilli tibb mərkəzi · Şəki

Ünvan
M.F. Axundov küçəsi 351A, Şəki, AZ-5500
E-poçt
info@alyansclinic.az
Sayt
alyansclinic.az
İş saatları
B.e.–Şənbə 08:30–22:00 · Növbətçi həkim, rentgen, MRT və USM: 24/7
Kontaktlara əlavə edin