Diaqnostika

EKQ və Holter monitorinqi

Nə üçün aparılır: Ürəyin elektrik fəaliyyəti və ritmi.

Evdə EKQ imkanı

  • Evdə xidmət imkanı
EKQ və Holter

EKQ nədir?

Elektrokardioqrafiya (EKQ) ürəyin elektrik fəaliyyətini sinəyə və ətraflara yapışdırılan elektrodlar vasitəsilə qeydə alan qısa müayinədir. Ritm pozuntularını və ürək əzələsi ilə bağlı bəzi dəyişiklikləri aşkarlamağa kömək edir. Müayinə bir neçə dəqiqə çəkir və ağrı yaratmır.

Holter monitorinqi nə vaxt lazımdır?

Holter ürək ritmini 24–72 saat fasiləsiz yazan portativ EKQ cihazıdır. Ürəkdöyünmə, ürək “dayanıb-vurma” hissi, başgicəllənmə və ya huşitirmə kimi şikayətlər qısa EKQ-də görünmədikdə kardioloq Holter təyin edə bilər. Cihaz taxılı olduğu müddətdə adi həyatınızı davam etdirirsiniz.

Holter taxılarkən nələrə diqqət etməli?

  1. Cihazı suya salmayın, duş qəbul etməyin (cihazın növü başqa imkan vermirsə).
  2. Gündəliyə fəaliyyətinizi (yuxu, yemək, gəzinti, pilləkən) və şikayətlərinizi saatı ilə qeyd edin.
  3. Elektrodlar yerindən çıxarsa, klinikaya məlumat verin.
  4. Təyin olunan müddət bitdikdə cihazı klinikaya qaytarın; qeydi kardioloq təhlil edir.

Exokardioqrafiya (EXO)

EXO ürəyin USM müayinəsidir: ürək qapaqlarının, ürək boşluqlarının və ürək əzələsinin işini qiymətləndirir. Ətraflı: USM, Doppler və EXO.

Alyans Clinic-də kardioloji müayinələr

  • Kardioloqlar Vidadi Süleymanov və Əflatun Feyzullayev qəbul aparır.
  • Evdə kardioloji xidmət: EKQ və EXO ünvanınızda aparıla bilər. Bu imkan xüsusilə yaşlılar və hərəkəti məhdud olan xəstələr üçün nəzərdə tutulub. Əvvəlcədən qeydiyyat mütləqdir.

Mütəxəssislər

Saytda axtarış

Qəbula yazılın

Qəbul günü və saatını WhatsApp və ya telefonla razılaşdırırıq. Qonaq həkimlərin qəbuluna yerlər məhduddur, ona görə qeydiyyatı əvvəlcədən edin.

Düyməyə basdıqda WhatsApp açılır və qeydiyyat mesajı hazır olur. Qəbul vaxtı qeydiyyat şöbəsi tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir. Formaya ətraflı tibbi məlumat yazmayın — şikayətinizi qəbulda həkimə danışın.

Alyans Clinic

Çoxprofilli tibb mərkəzi · Şəki

Ünvan
M.F. Axundov küçəsi 351A, Şəki, AZ-5500
E-poçt
info@alyansclinic.az
Sayt
alyansclinic.az
İş saatları
B.e.–Şənbə 08:30–22:00 · Növbətçi həkim, rentgen, MRT və USM: 24/7
Kontaktlara əlavə edin