Tibbi istiqamət
Psixiatriya və psixologiya
Psixi sağlamlıq fiziki sağlamlıq qədər vacibdir. Alyans Clinic-də klinik psixoloq Xədicə Mustafayeva həftə içi hər gün qəbul aparır, psixiatr Bəxtiyar Mustafayev isə ayda bir dəfə mütəmadi olaraq klinikaya gəlir. Müəyyən günlərdə uşaq psixiatrı, psixiatr-psixoterapevt Aynurə Xaspoladova da qəbul keçirir. Müraciətin səbəbi və müayinənin məzmunu məxfi saxlanılır.
- Qəbul: Psixoloq həftə içi; psixiatr ayda bir dəfə
- 3 mütəxəssis · 2 qonaq
Psixiatr və psixoloq arasında fərq nədir?
Psixiatr həkimdir: psixi pozuntulara diaqnoz qoyur, lazım olduqda dərman müalicəsi təyin edir və psixoterapiya aparır. Klinik psixoloq həkim deyil: psixoloji qiymətləndirmə və psixoterapiya (məsələn, koqnitiv-davranış terapiyası, EMDR) ilə işləyir, dərman təyin etmir. Hansı mütəxəssisdən başlamağı bilmirsinizsə, qeydiyyat zamanı şikayətinizi deyin — sizi yönləndirəcəyik.
Hansı hallarda müraciət etmək lazımdır?
- həftələrlə davam edən kədər, maraq itkisi, ümidsizlik
- səbəbsiz qorxu, ürəkdöyünmə, boğulma hissi ilə keçən tutmalar (panik atak)
- qapalı yer, insan izdihamı və ya çıxış etmək qorxusu
- təkrarlanan, narahatedici düşüncələr və onları “yatırtmaq” üçün təkrarlanan hərəkətlər (məsələn, dəfələrlə əl yumaq, qapını yoxlamaq)
- yuxuya gedə bilməmək, tez-tez oyanmaq, qorxulu yuxular
- ağır hadisədən sonra keçməyən gərginlik, təkrarlanan xatirələr
- qidalanma ilə bağlı pozuntular
- imtahan qorxusu, əsəbilik, özünə inamsızlıq
- uşaqlarda hiperaktivlik, diqqət çatışmazlığı, tiklər, gecə sidik saxlamama.
Mütəxəssislər
- Xədicə MustafayevaKlinik psixoloq; CBT və EMDR üzrə sertifikatlıdır. Həftə içi hər gün qəbul edir
Bəxtiyar MustafayevPsixiatr, psixoterapevt; ayda bir dəfə qəbul edirQonaq həkim- Aynurə XaspoladovaUşaq psixiatrı, psixiatr-psixoterapevt (qonaq həkim). Qəbulunda uşaqlarda autizm spektri pozuntusu, diqqət çatışmazlığı və hiperaktivlik, enurez, tiklər, kəkələmə, qorxu və təşviş kimi müraciətlər də qiymətləndirilirQonaq həkim