Xəstələr üçün
Xəstələr üçün bələdçi
Qəbula necə yazılmaq olar?
- Telefon və WhatsAppklinikaya zəng edin və ya WhatsApp-da yazın.
- Onlayn formasaytdakı “Qəbula yazılın” formasını doldurun. Düyməyə basdıqda WhatsApp açılır və qeydiyyat mesajı hazır olur; mesajı göndərdikdən sonra qeydiyyat şöbəsi qəbul vaxtını təsdiqləyir.
- Qonaq həkimlərqəbul günləri sosial şəbəkə səhifələrimizdə elan olunur. Yerlər məhdud olduğundan qeydiyyatı əvvəlcədən edin.
Qəbula özünüzlə nə gətirməlisiniz?
- şəxsiyyət vəsiqəsi (uşaqlar üçün doğum haqqında şəhadətnamə);
- sığorta kartı (varsa);
- əvvəlki analiz, USM, rentgen, MRT nəticələri və çıxarışlar;
- qəbul etdiyiniz dərmanların siyahısı.
Qəbul necə keçir?
- Qeydiyyat məlumatlarınız qeydə alınır və uyğun həkimə yönləndirilirsiniz.
- Həkim müayinəsi həkim şikayətlərinizi dinləyir və ilkin qiymətləndirmə aparır.
- Diaqnostika lazım olarsa müayinələr klinikanın özündə aparılır.
- Müalicə planı həkim diaqnoza əsasən müalicə planını izah edir.
- Nəzarət və məsləhət müalicədən sonra vəziyyətiniz izlənilir.
Müayinələrə hazırlıq — qısa cədvəl
| Müayinə | Əsas hazırlıq |
|---|---|
| Qan analizləri (qlükoza, lipidlər və s.) | Səhər acqarına, 8–12 saat yemək yemədən; su içmək olar |
| Qarın boşluğu USM-i | Adətən 6–8 saat ac; bir gün əvvəl qaz əmələ gətirən qidalardan çəkinin |
| Ginekoloji USM (qarın üzərindən) | Sidik kisəsi dolu olmalıdır |
| MRT | Bütün metal əşyaları çıxarın; implant, kardiostimulyator, hamiləlik barədə bildirin |
| Rentgen | Hamiləlik ehtimalını bildirin; çəkiliş nahiyəsindəki metal əşyaları çıxarın |
| EEQ | Saç təmiz, jelsiz və yağsız; dərmanları özbaşına dayandırmayın; ac gəlməyin |
| EMQ | Dəriyə krem çəkməyin; qan durulaşdıran dərmanları bildirin; əllər isti olsun |
| Holter | Cihazı islatmayın; gündəlik tutun; müddət bitdikdə cihazı qaytarın |
| Qastroskopiya | Ən azı 6–8 saat ac; sedasiya olarsa yaxınınızla gəlin |
| Kolonoskopiya | 1–2 gün lifsiz pəhriz, bir gün əvvəl şəffaf mayelər, təmizləyici məhlul təlimata uyğun |
| Lazer epilyasiya | 2–4 həftə əvvəl ağda və cımbızdan imtina; prosedur günü tüklər ülgüclə qısaldılır |
Klinikanın daxili qaydaları
Müalicə mühitinin hər kəs üçün sakit və təhlükəsiz olması üçün xahiş edirik:
- növbə qaydalarına və şəxsi gigiyenaya əməl edin;
- yaşlılara, hamilə qadınlara və fiziki məhdudiyyəti olan şəxslərə üstünlük verin;
- tibb heyətinin göstərişlərinə əməl edin, sakitliyi qoruyun.
Klinika ərazisində:
- siqaret çəkmək və qida qəbul etmək olmaz;
- uşaqları nəzarətsiz qoymaq və yüksək səslə danışmaq olmaz;
- digər xəstələrin və həkimlərin işinə mane olan hərəkətlər yolverilməzdir.
Məxfilik
Müayinənin nəticələri və müraciətinizin səbəbi yalnız sizinlə və müalicədə iştirak edən həkimlə bölüşülür.