Tibbi istiqamət

Qastroenterologiya və endoskopiya

Alyans Clinic-də qastroenteroloq-endoskopist Dr. Elnur Süleymanov həftənin 6 günü qəbul aparır. Həkim həm konsultasiya edir, həm də endoskopik müayinələri — qastroskopiya və kolonoskopiyanı — klinikanın özündə aparır.

  • Qəbul: Daimi (həftədə 6 gün)
  • 1 mütəxəssis
Daxili xəstəliklər

Hansı şikayətlərlə müraciət etmək lazımdır?

  • qarın ağrısı, mədədə yanma, qıcqırma
  • köp, qaz, həzmsizlik
  • ürəkbulanma, qusma, iştahsızlıq
  • uzun sürən qəbizlik və ya ishal
  • udma çətinliyi
  • dəri və gözlərdə saralma
  • nəcisdə qan, səbəbsiz çəki itkisi.
Qastroenteroloq-endoskopist Elnur Süleymanov

Hansı xəstəliklər müayinə və müalicə olunur?

  • qastrit, reflüks xəstəliyi, mədə və onikibarmaq bağırsaq xorası
  • Helicobacter pylori infeksiyası
  • funksional həzm pozuntuları, qıcıqlanmış bağırsaq sindromu
  • kolit, Kron xəstəliyi
  • bağırsaq polipləri
  • qaraciyər və öd yolları xəstəlikləri
  • mədəaltı vəzin xəstəlikləri

Klinikada hansı müayinələr aparılır?

Qastroskopiya və kolonoskopiya icbari tibbi sığorta çərçivəsində də aparılır.

Tez-tez verilən suallar

Endoskopiyadan qorxuram. Müayinə necə keçir?

Müayinə yerli keyidici və ya sedasiya ilə aparıla bilər. Həkim əvvəlcədən hansı variantın sizə uyğun olduğunu izah edir. Qastroskopiya adətən 10–20 dəqiqə çəkir.

Kolonoskopiyaya nə qədər əvvəl hazırlaşmağa başlamalıyam?

Adətən 1–2 gün əvvəl lifsiz pəhrizə keçilir, bir gün əvvəl yalnız şəffaf mayelər içilir və təmizləyici məhlul həkimin təlimatına uyğun qəbul olunur. Yazılı təlimatı qeydiyyat zamanı alın.

Həkimlər

Saytda axtarış

Qəbula yazılın

Qəbul günü və saatını WhatsApp və ya telefonla razılaşdırırıq. Qonaq həkimlərin qəbuluna yerlər məhduddur, ona görə qeydiyyatı əvvəlcədən edin.

Düyməyə basdıqda WhatsApp açılır və qeydiyyat mesajı hazır olur. Qəbul vaxtı qeydiyyat şöbəsi tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir. Formaya ətraflı tibbi məlumat yazmayın — şikayətinizi qəbulda həkimə danışın.

Alyans Clinic

Çoxprofilli tibb mərkəzi · Şəki

Ünvan
M.F. Axundov küçəsi 351A, Şəki, AZ-5500
E-poçt
info@alyansclinic.az
Sayt
alyansclinic.az
İş saatları
B.e.–Şənbə 08:30–22:00 · Növbətçi həkim, rentgen, MRT və USM: 24/7
Kontaktlara əlavə edin