Tibbi istiqamət

Fizioterapiya və reabilitasiya

Fizioterapiya ağrıların azalmasına, hərəkət rahatlığının bərpasına və əzələlərin güclənməsinə yönəlmiş müalicə üsuludur. Alyans Clinic-in fizioterapiya bölməsində fizioterapevt Nərminə İsmayılova qəbul aparır. Müəyyən günlərdə fizioterapevtlər Gülnar Əhmədli, Əfsanə Ədalətqızı və Məhhəmməd Əliyev də qəbul keçirir.

  • Qəbul: Daimi + qonaq fizioterapevt
  • 4 mütəxəssis · 3 qonaq
Dayaq-hərəkət sistemi və damarlar

Hansı hallarda fizioterapevtə müraciət etmək olar?

  • bel, boyun, çiyin və diz ağrıları
  • skolioz, kifoz, lordoz və duruş pozuntuları
  • artrit və artroz
  • karpal tunel sindromu
  • daban ağrısı (plantar fassiit)
  • idman zədələri
  • sınıq, travma və əməliyyatdan sonrakı bərpa
  • nevroloji xəstəliklərdən sonra reabilitasiya
  • uşaqlarda reabilitasiya ehtiyacı.
Fizioterapevt Nərminə İsmayılova

Müalicə necə qurulur?

Fizioterapevt əvvəlcə vəziyyəti qiymətləndirir: ağrının yerini, hərəkət həcmini, əzələ gücünü və duruşu yoxlayır, həkim rəyi və müayinə nəticələri ilə tanış olur. Sonra fərdi plan hazırlanır. Plan terapevtik məşqləri (müalicəvi bədən tərbiyəsi), müalicəvi masajı və aparat fizioterapiyasını əhatə edə bilər. Klinikanın fizioterapiya kabinetində dərman elektroforezi, elektrostimulyasiya, TENS, fonoforez, ultrasəs terapiya, maqnitoterapiya və parafinoterapiya kimi prosedurlar tətbiq olunur. Evdə davam etdiriləcək məşqlər də izah olunur.

Nə vaxt həkimə əvvəlcə müraciət etmək lazımdır?

Travmadan sonra kəskin ağrı, sınıq şübhəsi, ətraflarda artan zəiflik və ya keyimə, sidik saxlamada pozuntu kimi hallarda əvvəlcə həkim müayinəsi — travmatoloq, nevroloq və ya neyrocərrah — lazımdır. Fizioterapiya həkimin rəyinə uyğun planlaşdırılır.

Mütəxəssislər

Saytda axtarış

Qəbula yazılın

Qəbul günü və saatını WhatsApp və ya telefonla razılaşdırırıq. Qonaq həkimlərin qəbuluna yerlər məhduddur, ona görə qeydiyyatı əvvəlcədən edin.

Düyməyə basdıqda WhatsApp açılır və qeydiyyat mesajı hazır olur. Qəbul vaxtı qeydiyyat şöbəsi tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir. Formaya ətraflı tibbi məlumat yazmayın — şikayətinizi qəbulda həkimə danışın.

Alyans Clinic

Çoxprofilli tibb mərkəzi · Şəki

Ünvan
M.F. Axundov küçəsi 351A, Şəki, AZ-5500
E-poçt
info@alyansclinic.az
Sayt
alyansclinic.az
İş saatları
B.e.–Şənbə 08:30–22:00 · Növbətçi həkim, rentgen, MRT və USM: 24/7
Kontaktlara əlavə edin