Tibbi istiqamət
Ginekologiya
Alyans Clinic-də qadın sağlamlığı ilə bağlı müraciətləri daimi mama-ginekoloq Cəmilə Məmmədova və müəyyən günlərdə qonaq ginekoloqlar qəbul edir. Ginekoloji USM və kolposkopiya klinikanın özündə aparılır.
- Qəbul: Daimi + qonaq ginekoloqlar
- 8 mütəxəssis · 7 qonaq
Hansı hallarda ginekoloqa müraciət etmək lazımdır?
- menstrual dövrün nizamsızlığı, ağrılı və ya çox qanlı aybaşı
- aybaşılar arasında və ya cinsi əlaqədən sonra qanaxma
- qarnın aşağı hissəsində ağrı
- axıntı, qaşınma, yanma
- hamiləlik şübhəsi, hamiləliyin planlaşdırılması və izlənməsi
- bir il ərzində hamilə qala bilməmək
- kontrasepsiya ilə bağlı məsləhət
- profilaktik müayinə.
Ginekologiya şöbəsində nələr aparılır?
- ginekoloji müayinə və konsultasiya;
- ginekoloji və hamiləlik USM-i;
- hamiləliyin izlənməsi, riskli hamiləliyin aparılması;
- kolposkopiyauşaqlıq boynunun xüsusi optik cihazla böyüdülərək müayinəsi;
- PAP-test və HPV analizi;
- genital infeksiyaların diaqnostikası və müalicəsi;
- menstrual pozuntuların, hormonal pozuntuların, polikistoz yumurtalıq sindromunun (PKOS) araşdırılması;
- sonsuzluğun səbəblərinin müayinəsi;
- uşaqlıqdaxili spiralın qoyulması və çıxarılması;
- uşaqlıq boynu eroziyasının, ziyil və kondilomaların müalicəsi (onkoginekoloqun qəbulunda);
- HPV peyvəndi (onkoginekoloqun qəbulunda).
Kolposkopiya nə üçün lazımdır?
Kolposkopiya uşaqlıq boynu xərçənginin və xərçəngönü dəyişikliklərin erkən aşkarlanması üçün istifadə olunan müayinədir. Həkim uşaqlıq boynunu böyüdülmüş şəkildə görür və lazım olduqda biopsiya götürür. Müayinənin hansı intervalla lazım olduğunu ginekoloq yaşınıza və əvvəlki nəticələrinizə görə müəyyən edir.
Həkimlər
Daimi həkim
Qonaq həkimlər (müəyyən günlərdə)
- Günay XəlilovaMama-ginekoloqQonaq həkim
- Aynur ƏlyarovaCərrah mama-ginekoloqQonaq həkim
- Rahimə OmarovaOnkoginekoloqQonaq həkim
- Aygün HəsənovaCərrah-onkoginekoloqQonaq həkim
- Zülfiyyə MuradovaCərrah-ginekoloqQonaq həkim
- Gülnar MəmmədovaCərrah-ginekoloqQonaq həkim
- Elnurə MustafayevaGinekoloq, sonsuzluq üzrə mütəxəssisQonaq həkim
Tez-tez verilən suallar
Kolposkopiya ağrılıdır?
Kolposkopiya adi ginekoloji müayinəyə bənzəyir və adətən ağrı yaratmır. Biopsiya götürülərsə, qısa müddətli narahatlıq ola bilər.
Ginekoloji müayinəyə aybaşı günlərində gəlmək olar?
Əksər planlı müayinələr, xüsusilə PAP-test və kolposkopiya üçün aybaşı qanaxması olmayan günlər seçilir. Qeydiyyat zamanı dövrünüzü bildirin — uyğun günü birlikdə seçək.
HPV peyvəndi kimlərə vurulur?
HPV peyvəndi ən çox 9–14 yaşda tövsiyə olunur, lakin həkim məsləhəti ilə daha böyük yaşda da vurula bilər. Peyvəndin sizə uyğun olub-olmadığını onkoginekoloq müayinədən sonra deyir.
