Xəstələr üçün

Evdə tibbi xidmət

Yaşlı, yataq rejimində olan, hərəkəti məhdud və ya klinikaya gəlməkdə çətinlik çəkən xəstələr üçün bəzi müayinələri evdə təşkil edirik. Həkim və ya tibb işçisi lazımi avadanlıqla ünvanınıza gəlir.

  • Yalnız əvvəlcədən qeydiyyatla

Evdə hansı xidmətlər göstərilir?

  • Evdə USM müayinəsi

    Həkim portativ avadanlıqla gəlir və müayinəni yerində aparır.

  • Evdə qan alınması

    Tibb işçisi qan nümunəsini gigiyena qaydalarına uyğun şəkildə götürür və laboratoriyaya çatdırır.

  • Evdə kardioloji müayinə

    EKQ və exokardioqrafiya (EXO) ünvanınızda aparılır.

Necə sifariş etmək olar?

  1. Klinikaya zəng edin və ya WhatsApp-da yazın.
  2. Ünvanı, xəstənin vəziyyətini və lazım olan müayinəni bildirin.
  3. Uyğun vaxt razılaşdırılır. Xidmət yalnız əvvəlcədən qeydiyyatla göstərilir.

Xidmətin əhatə etdiyi ərazini və qiyməti qeydiyyat zamanı dəqiqləşdirin.

Saytda axtarış

Qəbula yazılın

Qəbul günü və saatını WhatsApp və ya telefonla razılaşdırırıq. Qonaq həkimlərin qəbuluna yerlər məhduddur, ona görə qeydiyyatı əvvəlcədən edin.

Düyməyə basdıqda WhatsApp açılır və qeydiyyat mesajı hazır olur. Qəbul vaxtı qeydiyyat şöbəsi tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir. Formaya ətraflı tibbi məlumat yazmayın — şikayətinizi qəbulda həkimə danışın.

Alyans Clinic

Çoxprofilli tibb mərkəzi · Şəki

Ünvan
M.F. Axundov küçəsi 351A, Şəki, AZ-5500
E-poçt
info@alyansclinic.az
Sayt
alyansclinic.az
İş saatları
B.e.–Şənbə 08:30–22:00 · Növbətçi həkim, rentgen, MRT və USM: 24/7
Kontaktlara əlavə edin