Tibbi istiqamət

Neyrocərrahiyyə

Neyrocərrahiyyə beyin, onurğa və periferik sinirlərin cərrahi müalicə tələb edə biləcək xəstəlikləri ilə məşğul olur. Alyans Clinic-də Bakıdan gələn neyrocərrahlar müəyyən günlərdə müayinə və konsultasiya aparır. Qərar üçün lazım olan MRT və EMQ klinikanın özündə edilir.

  • Qəbul: Qonaq həkimlər
  • 4 mütəxəssis · 4 qonaq
Sinir sistemi və psixi sağlamlıq

Hansı hallarda neyrocərraha müraciət etmək lazımdır?

  • müalicəyə baxmayaraq keçməyən bel və boyun ağrıları
  • ağrının ayağa və ya qola yayılması, keyimə, əzələ zəifliyi
  • MRT-də disk yırtığı, onurğa kanalının daralması aşkar edilməsi
  • baş və onurğa travmalarından sonrakı vəziyyət
  • üzdə şiddətli tutmaşəkilli ağrılar (trigeminal nevralgiya)
  • MRT-də beyin və ya onurğada törəmə aşkar edilməsi.

Hansı xəstəliklər üzrə konsultasiya aparılır?

  • bel və boyun fəqərəarası disk yırtıqları
  • onurğa kanalının daralması (spinal stenoz), fəqərə sürüşməsi
  • onurğa və beyin travmaları
  • beyin və onurğa beyni şişləri
  • beynin damar xəstəlikləri
  • hidrosefaliya
  • trigeminal nevralgiya
  • periferik sinir sıxılmaları
  • sinir sisteminin anadangəlmə patologiyaları

Əməliyyatlar haqqında

Neyrocərrah əvvəlcə konservativ müalicə imkanlarını qiymətləndirir. Cərrahi müalicə lazım olarsa, əməliyyatın növü, harada və hansı şərtlərlə aparılacağı həkim tərəfindən ayrıca izah edilir.

Həkimlər (qonaq)

Saytda axtarış

Qəbula yazılın

Qəbul günü və saatını WhatsApp və ya telefonla razılaşdırırıq. Qonaq həkimlərin qəbuluna yerlər məhduddur, ona görə qeydiyyatı əvvəlcədən edin.

Düyməyə basdıqda WhatsApp açılır və qeydiyyat mesajı hazır olur. Qəbul vaxtı qeydiyyat şöbəsi tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir. Formaya ətraflı tibbi məlumat yazmayın — şikayətinizi qəbulda həkimə danışın.

Alyans Clinic

Çoxprofilli tibb mərkəzi · Şəki

Ünvan
M.F. Axundov küçəsi 351A, Şəki, AZ-5500
E-poçt
info@alyansclinic.az
Sayt
alyansclinic.az
İş saatları
B.e.–Şənbə 08:30–22:00 · Növbətçi həkim, rentgen, MRT və USM: 24/7
Kontaktlara əlavə edin