Tibbi istiqamət

Damar cərrahiyyəsi

Alyans Clinic-də ürək-damar cərrahı Uzm. Dr. Arzu Vahid Məmmədov (Arzu Vahidoğlu) müəyyən günlərdə qəbul aparır. Qəbulda ayaq venaları və arteriyalarının vəziyyəti həkim müayinəsi və Doppler USM ilə qiymətləndirilir.

  • Qəbul: Qonaq həkim
  • 1 mütəxəssis · 1 qonaq
Dayaq-hərəkət sistemi və damarlar

Hansı hallarda damar cərrahına müraciət etmək lazımdır?

  • ayaqlarda görünən, genişlənmiş damarlar (varikoz)
  • axşamlar artan şişkinlik, ağırlıq və yorğunluq hissi
  • ayaqlarda gecə qıc olmaları, dəridə tündləşmə, çətin sağalan yaralar
  • yeriyərkən baldırda ağrı və dayanmağa məcbur olmaq
  • ayaqlarda soyuqluq, rəng dəyişikliyi.
Ürək-damar cərrahı Arzu Vahid Məmmədov

Qəbulda nələr aparılır?

  • həkim müayinəsi və konsultasiya;
  • venoz Doppler USM;
  • müalicə üsullarının seçimi: dərman və kompressiya müalicəsi, skleroterapiya, varikozun endovenoz lazer ablasiyası (EVLA) və digər üsullar həkimin rəyinə əsasən müzakirə olunur.

Həkimin təcrübə sahələri

Varikozun lazer (EVLA) və skleroterapiya ilə müalicəsi, flebektomiya, periferik arteriyalarda şuntlama əməliyyatları, karotid endarterektomiya, embolektomiya, dializ xəstələri üçün arterio-venoz fistulanın yaradılması, arterio-venoz malformasiyaların müalicəsi. Cərrahi müdaxilənin harada və necə aparılacağını həkim ayrıca izah edir.

Saytda axtarış

Qəbula yazılın

Qəbul günü və saatını WhatsApp və ya telefonla razılaşdırırıq. Qonaq həkimlərin qəbuluna yerlər məhduddur, ona görə qeydiyyatı əvvəlcədən edin.

Düyməyə basdıqda WhatsApp açılır və qeydiyyat mesajı hazır olur. Qəbul vaxtı qeydiyyat şöbəsi tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir. Formaya ətraflı tibbi məlumat yazmayın — şikayətinizi qəbulda həkimə danışın.

Alyans Clinic

Çoxprofilli tibb mərkəzi · Şəki

Ünvan
M.F. Axundov küçəsi 351A, Şəki, AZ-5500
E-poçt
info@alyansclinic.az
Sayt
alyansclinic.az
İş saatları
B.e.–Şənbə 08:30–22:00 · Növbətçi həkim, rentgen, MRT və USM: 24/7
Kontaktlara əlavə edin