Tibbi istiqamət
Dermatologiya və kosmetologiya
Alyans Clinic-də dəri, saç və dırnaq xəstəlikləri üzrə qəbulu dermatoveneroloq Dr. Azər Yusifov aparır. Azər həkim bölgədə uzun illərdir çalışan dermatoveneroloqdur. Kosmetoloji prosedurlar isə kosmetoloqun qəbulunda aparılır.
- Qəbul: Daimi
- 2 mütəxəssis
Dəri, KBB, göz və diş
Hansı hallarda dermatoloqa müraciət etmək lazımdır?
- uzun sürən səpgi, qaşınma, qızartı
- sızanaqlar (akne) və onların izləri
- dəridə ləkələr, rəng dəyişikliyi
- xalların formasında, rəngində və ölçüsündə dəyişiklik
- saç tökülməsi
- dırnaqlarda qalınlaşma, rəng dəyişikliyi
- ziyil, papilloma
- göz qapaqlarında qaşınma və kirpiklərin tökülməsi (demodekoz şübhəsi).
Kosmetoloji və aparat prosedurları
- Lazer epilyasiyaCandela GentleLase Pro aleksandrit lazer aparatı ilə. Qeydiyyat lazer epilyasiya üzrə ayrıca telefon xətti ilə aparılır.
- Krioterapiyamaye azotla ziyil, papilloma və digər xoşxassəli dəri törəmələrinin dondurularaq aradan qaldırılması; prosedur dermatoveneroloqun nəzarəti ilə aparılır.
- Koaqulyasiyaət xallarının (papillomaların) koaqulyatorla, yerli keyitmə altında götürülməsi.
- Fraksional CO₂ lazerdəri səthinin yenilənməsi, akne izləri və qırışlar üçün tətbiq olunan prosedur.
- Dərin üz təmizliyi
- Kişilər üçün kosmetologiyaüz təmizliyi, lazer epilyasiya, ziyil və ət xallarının götürülməsi, fraksional CO₂ lazer. Məlumatı lazer epilyasiya xəttindən ala bilərsiniz.
Hər prosedurdan əvvəl həkim dərinizi qiymətləndirir, əks-göstərişləri yoxlayır və gözləntiləri real şəkildə izah edir. Nəticə dəri tipindən, prosedurun sayından və fərdi xüsusiyyətlərdən asılıdır.
Lazer epilyasiyaya necə hazırlaşmalı?
- 2–4 həftə əvvəl ağda, mum və cımbızla tük çəkməkdən imtina edin; tükləri yalnız ülgüclə qısaldın.
- Prosedurdan əvvəlki 1–2 həftədə günəş vannası qəbul etməyin, solyariyə getməyin.
- Prosedur günü dəri təmiz və quru olmalıdır: krem, dezodorant və makiyaj çəkməyin.
- Prosedurdan sonra 1–2 gün günəşdən, saunadan və isti vannadan uzaq durun.
- Seansların sayı və aralarındakı interval tük tipinə və nahiyəyə görə fərdi müəyyən edilir.
