Tibbi istiqamət
Kardiologiya
Alyans Clinic-də kardioloqlar Vidadi Süleymanov və Əflatun Feyzullayev ürək-damar xəstəliklərinin müayinəsini və müalicəsini aparır. Kardioloji qəbulda EKQ, exokardioqrafiya (EXO) və Holter monitorinqi kimi müayinələr klinikanın özündə edilir.
- Qəbul: Daimi (həftə içi)
- 2 mütəxəssis
Daxili xəstəliklər
Nə vaxt kardioloqa müraciət etmək lazımdır?
- fiziki yüklənmə zamanı sinədə ağrı, sıxılma və ya yanma
- ürəkdöyünmə, ürəyin nizamsız döyünməsi, “fasilə” hissi
- təngnəfəslik, tez yorulma
- ayaqlarda şişkinlik
- başgicəllənmə, huşun itməsi
- qan təzyiqinin tez-tez yüksəlməsi.
Klinikada hansı müayinələr aparılır?
- EKQürəyin elektrik fəaliyyəti;
- Exokardioqrafiya (EXO)ürəyin USM-i;
- Holter monitorinqi24–72 saatlıq ritm qeydi;
- Doppler USMdamarlarda qan axını;
- Laborator analizlərlipid göstəriciləri, qanın laxtalanma göstəriciləri və s.
Evdə kardioloji xidmət: EKQ və EXO ünvanınızda aparıla bilər (əvvəlcədən qeydiyyatla).
Həkimlər
Tez-tez verilən suallar
EKQ normaldırsa, ürəyim sağlamdır?
EKQ yalnız müayinə anındakı elektrik fəaliyyətini göstərir. Şikayət davam edirsə, kardioloq EXO, Holter və ya analizlər kimi əlavə müayinələr təyin edə bilər.
Kardioloqa gələrkən nə gətirməliyəm?
Qəbul etdiyiniz dərmanların siyahısını, əvvəlki EKQ və EXO nəticələrini, evdə ölçdüyünüz təzyiq göstəricilərini.

