Tibbi istiqamət

Travmatologiya və ortopediya

Travmatologiya və ortopediya sümük, oynaq, bağ və əzələlərin zədələri və xəstəlikləri ilə məşğul olur. Alyans Clinic-də travmatoloq-ortoped Hikmət Əliyev hər gün qəbul aparır. Müəyyən günlərdə qonaq travmatoloq-ortopedlər də qəbul keçirir. Klinikanın rentgen kabineti gecə-gündüz işlədiyi üçün travmadan sonra ilkin diaqnostika gecikmir.

  • Qəbul: Daimi + qonaq travmatoloqlar
  • 5 mütəxəssis · 4 qonaq
Dayaq-hərəkət sistemi və damarlar

Hansı hallarda müraciət etmək lazımdır?

  • yıxılma, zərbə, idman zədəsindən sonra ağrı, şişkinlik, hərəkət məhdudluğu
  • sınıq və ya çıxıq şübhəsi
  • diz, çiyin, bud-çanaq oynaqlarında ağrı, dizdə “tutulma” hissi
  • bel və boyun ağrıları
  • əllərdə keyimə, barmaqlarda güc zəifliyi
  • daban ağrısı
  • uşaqlarda yastıpəncəlik, duruş pozğunluqları, onurğa əyriliyi.
Alyans Clinic-də travmatoloq-ortopedin müayinəsi

Hansı xəstəliklər müayinə və müalicə olunur?

  • sınıqlar, çıxıqlar, bağ və vətər zədələnmələri
  • idman travmaları, menisk zədələri
  • diz oynağının artrozu (gonartroz), bud-çanaq oynağının artrozu (koksartroz)
  • sümüyün aseptik nekrozu
  • karpal və kubital tunel sindromu
  • bud-çanaq oynağının displaziyası
  • dayaq-hərəkət sisteminin anadangəlmə və qazanılmış deformasiyaları
  • onurğa problemləri, disk yırtığı ilə əlaqəli ağrılar

Klinikada hansı müayinələr aparılır?

  • Rentgen 24/7 — sınıq və çıxıqların, oynaqların qiymətləndirilməsi;
  • MRT — bağlar, menisk, vətərlər, qığırdaq;
  • USM — yumşaq toxuma və vətər zədələri;
  • EMQ — sinir sıxılmaları (karpal, kubital tunel).

Müalicə planına ehtiyac olarsa, fizioterapiya və reabilitasiya eyni klinikada davam etdirilə bilər.

Qonaq cərrahlar və əməliyyatlar haqqında

Qonaq travmatoloq-ortopedlər klinikada müayinə və konsultasiya aparır, oynaqdaxili inyeksiyalar və sınıqların qapalı reduksiyası kimi qansız müdaxilələr də onların təcrübə sahəsinə daxildir. Cərrahi müalicə (məsələn, endoprotezləşdirmə, artroskopiya, osteosintez) tələb olunarsa, əməliyyatın harada və hansı şərtlərlə aparılacağını həkim ayrıca izah edir.

Ödənişsiz ortopedik müayinə günləri

Alyans Clinic Orces ortopedik mərkəzi ilə birgə vaxtaşırı ödənişsiz ortopedik müayinə günləri təşkil edir. Bu günlərdə ayaq analizi cihazı ilə uşaq və böyüklərdə yastıpəncəlik, əyri pəncəlik, onurğa əyrilikləri (skolioz, kifoz), döş qəfəsinin deformasiyaları və duruş pozuntuları qiymətləndirilir. Növbəti tarixi sosial şəbəkə səhifələrimizdən izləyin; qeydiyyat əvvəlcədən aparılır.

Həkimlər

Daimi həkim

Qonaq həkimlər

Tez-tez verilən suallar

Gecə yıxıldım, səhəri gözləməliyəmmi?

Güclü ağrı, deformasiya, hərəkət edə bilməmə varsa, gözləməyin. Klinikanın rentgen kabineti 24 saat işləyir; gəlməzdən əvvəl klinikaya zəng edin. Ağır travmalarda 103 nömrəsinə müraciət edin.

Diz ağrısı üçün MRT lazımdırmı?

Hər diz ağrısında MRT lazım deyil. Travmatoloq müayinədən sonra rentgen, USM və ya MRT-dən hansının lazım olduğunu müəyyən edir.

Saytda axtarış

Qəbula yazılın

Qəbul günü və saatını WhatsApp və ya telefonla razılaşdırırıq. Qonaq həkimlərin qəbuluna yerlər məhduddur, ona görə qeydiyyatı əvvəlcədən edin.

Düyməyə basdıqda WhatsApp açılır və qeydiyyat mesajı hazır olur. Qəbul vaxtı qeydiyyat şöbəsi tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir. Formaya ətraflı tibbi məlumat yazmayın — şikayətinizi qəbulda həkimə danışın.

Alyans Clinic

Çoxprofilli tibb mərkəzi · Şəki

Ünvan
M.F. Axundov küçəsi 351A, Şəki, AZ-5500
E-poçt
info@alyansclinic.az
Sayt
alyansclinic.az
İş saatları
B.e.–Şənbə 08:30–22:00 · Növbətçi həkim, rentgen, MRT və USM: 24/7
Kontaktlara əlavə edin