Tibbi istiqamət
Oftalmologiya
Alyans Clinic-də Bakıdan gələn cərrah-oftalmoloq Dr. Gövhər Əliyeva müəyyən günlərdə göz müayinəsi aparır.
- Qəbul: Qonaq həkim
- 1 mütəxəssis · 1 qonaq
Dəri, KBB, göz və diş
Hansı hallarda göz həkiminə müraciət etmək lazımdır?
- uzağı və ya yaxını görməkdə çətinlik, bulanıq görmə
- eynək seçimi
- gözlərdə qızartı, ağrı, sulanma
- çəpgözlük (xüsusilə uşaqlarda)
- şəkərli diabet — göz dibinin müntəzəm yoxlanılması üçün
- göz qapaqlarında şişlik, xalazion.
