Diaqnostika
EMQ müayinəsi
Nə üçün aparılır: Sinir və əzələ funksiyası.
Nevrofizioloq tərəfindən
EMQ
EMQ nədir?
EMQ (EMG) sinirlərin elektrik siqnalını ötürmə qabiliyyətini və əzələlərin elektrik fəaliyyətini ölçən müayinədir. Əl və ayaqlarda keyimə, uyuşma, iynələnmə və əzələ zəifliyinin səbəbini araşdırmağa, sinir sıxılmasının yerini və dərəcəsini müəyyən etməyə kömək edir.
Hansı şikayətlərdə EMQ lazım ola bilər?
- əllərdə keyimə və gecə artan ağrı (karpal tunel sindromu şübhəsi)
- barmaqlarda keyimə, dirsək nahiyəsində sinir sıxılması şübhəsi
- bel və ya boyun yırtığı ilə əlaqəli ola biləcək ağrı və keyimənin ətraflara yayılması
- şəkərli diabetdə ayaqlarda yanma, keyimə (polineyropatiya şübhəsi)
- travmadan sonra əl-ayaqda güc və hissiyyatın azalması
- səbəbi bilinməyən əzələ zəifliyi.
Müayinə necə keçir?
EMQ iki hissədən ibarət ola bilər:
- Sinir keçiriciliyinin ölçülməsi Dəriyə elektrodlar qoyulur, sinirə qısa və zəif elektrik impulsu verilir. Bu, qısa müddətli karıncalanma kimi hiss olunur.
- İynə EMQ Çox nazik iynə elektrod əzələyə yerləşdirilir və əzələnin istirahətdə və yığılma zamanı fəaliyyəti yazılır. Qısa müddətli yüngül narahatlıq ola bilər.
Müayinə yoxlanılan sinir və əzələlərin sayından asılı olaraq adətən 30–60 dəqiqə çəkir. Sonra adi gündəlik fəaliyyətə qayıtmaq olur.
EMQ-yə necə hazırlaşmalı?
- Müayinə günü dəriyə krem, yağ və losyon çəkməyin.
- Qan durulaşdıran dərman qəbul edirsinizsə, mütləq bildirin.
- Əl və ayaqlarınız isti olsun: soyuq əzalarda sinir keçiriciliyi süni şəkildə aşağı ölçülə bilər.
- Müayinə nahiyəsini asan açmaq mümkün olan rahat geyim seçin.
Alyans Clinic-də EMQ
Müayinəni nevrofizioloq Nuridə İsayeva aparır. Nəticə nevroloq, neyrocərrah, travmatoloq və ya fizioterapevtin müalicə planını seçməsinə kömək edir.
