Xəstələr üçün
Check-up paketləri
Check-up paketi bir müraciətdə həkim müayinəsini və əsas analizləri birləşdirir. Paketlər şikayəti olmayan, amma sağlamlığını vaxtaşırı yoxlamaq istəyən şəxslər üçün də uyğundur. Paketlərin tərkibi və qiyməti dövrdən-dövrə yenilənir; aktual siyahını qeydiyyat şöbəsindən öyrənin.
- Həkim müayinəsi və əsas analizlər
-
Uşaq check-up paketi
- Pediatr konsultasiyası
- Qanın ümumi analizi
- EKQ
- D vitamini
- B12 vitamini
- Sidiyin ümumi analizi
-
Endokrinoloji check-up paketi
- Endokrinoloq müayinəsi
- Qanın ümumi analizi
- Qlükoza və insulin
- TSH (qalxanabənzər vəzi stimullaşdıran hormon)
- ALT, AST (qaraciyər sınaqları)
- Kreatinin (böyrək funksiyası)
- Sidiyin ümumi analizi
Bu paket çəki artımı, halsızlıq, susuzluq, əhval dəyişkənliyi, dirsəklərdə qaralma kimi hallarda endokrin pozuntuların erkən aşkarlanmasına kömək edir. Nəticəni endokrinoloq qiymətləndirir.
-
Laborator yoxlanış paketi (kampaniya çərçivəsində təklif olunub)
- Qanın ümumi analizi
- Qlükoza və HbA1c (son 2–3 ayın orta qan şəkəri göstəricisi)
- ALT, AST (qaraciyər sınaqları)
- Kreatinin (böyrək funksiyası)
- Lipid göstəriciləri: xolesterin, LDL, triqliseridlər
Check-up-a necə hazırlaşmalı?
- Səhər acqarına gəlin (8–12 saat yemək yemədən); su içmək olar.
- Daimi qəbul etdiyiniz dərmanların siyahısını götürün.
- Əvvəlki analiz nəticələriniz varsa, gətirin — həkim dinamikanı müqayisə edəcək.