Gecə sidiyə getmək üçün bir neçə dəfə oyanmaq yuxunu pozur və həyat keyfiyyətini aşağı salır. Kişilərdə ən çox rast gəlinən səbəblərdən biri prostat vəzinin böyüməsidir, lakin yeganə səbəb deyil.
Hansı müayinələr lazım ola bilər?
Sidiyin ümumi analizi, qanda şəkər, böyrəklərin, sidik kisəsinin və prostatın USM-i. Həkim lazım bilsə, əlavə analizlər də təyin edir.
Nə vaxt həkimə getməli?
Şikayət davam edirsə, sidik axını zəifləyibsə, sidik ifrazı ağrılıdırsa, sidikdə qan görünürsə və ya qızdırma varsa, uroloji müayinəni təxirə salmayın.