Dermatologiya və Estetik xidmətlər

ser4_usm
Hələ də suallarınız var?
Xəstə xidmətləri ilə əlaqə
+994559255511

Dermatologiya və Estetik Xidmətlər – Dəri Sağlamlığı və Gözəllik

Dermatologiya şöbəsi dəri, saç və dırnaq xəstəliklərinin diaqnostikası və müalicəsi, estetik problemlərin həlli ilə məşğul olan tibbi istiqamətdir. Klinikamızda dermatoloq Dr. Azər Yusifov və kosmetoloq Dr. Günay Feyziyeva tərəfindən peşəkar xidmət göstərilir. Sızanaq problemlərindən tutmuş dəri xərçəngi şübhəsinə qədər, həm tibbi, həm də estetik dermatologiya sahəsində müasir müalicə üsulları tətbiq edilir.

Müalicə olunan vəziyyətlər (Tibbi Dermatologiya)
  • Akne (sızanaq) və akne izləri
  • Ekzema (atopik dermatit)
  • Psoriaz (sedef xəstəliyi)
  • Dəri allergiyaları və kontakt dermatit
  • Göbələk infeksiyaları (dəri, dırnaq, saç)
  • Papilloma və ziyillər (ət xalı)
  • Krioterapiya ilə müalicə tələb edən dəri törəmələri
  • Saç tökülməsi (alopesiya)
  • Dırnaq xəstəlikləri (onikomikoz, batıq dırnaq)
  • Dəri ləkələri (hiperpigmentasiya, melazma)
  • Vitiliqo (ağ ləkə xəstəliyi)
  • Rozasea (burun və yanaqlarda qızartı)
  • Zöhrəvi xəstəliklər (sifilis, qonoreya, HPV)
  • Dəri şişləri və xoşxassəli törəmələr (lipom, nevus, seboreik keratoz)
  • Keratozlar (aktinik keratoz, seboreik keratoz)
  • Ürtiker (dəri səpkiləri, qaşınma)
  • Herpes simplex (uçuq) və herpes zoster (qurdeşənəyi)
  • Hiperhidroz (həddindən artıq tərləmə)
Simptomlar (həkimə nə vaxt müraciət etməli)
  • Dəridə qaşıntı, qızartı və səpkilər
  • Uzun müddət keçməyən yaralar
  • Dəridə rəng dəyişikliyi və ya ləkələr
  • Molların (xal) formasında, rəngində və ya ölçüsündə dəyişiklik
  • Saç tökülməsi və kəllə dərisində problemlər
  • Dırnaqlarda qalınlaşma, rəng dəyişikliyi və ya kövrəklik
  • Dəridə qabarıqlıqlar, şişlər və ya törəmələr
  • Dəri quruluğu və çatlamalar
  • Günəşə qarşı həssaslıq
  • Yeniyetmə və gənc yetkinlərdə şiddətli sızanaq problemləri
Diaqnoz prosesi
  • Dermatoskopiya: Xal və şişlərin böyüdülmüş şəkildə müayinəsi (dəri xərçəngi skrininqi)
  • Dəri biopsiyası: Şübhəli nahiyədən toxuma nümunəsinin götürülməsi
  • Allergiya testləri (pik test): Kontakt dermatit şübhəsində allergenlərin müəyyən edilməsi
  • Göbələk kultura və mikroskopik müayinəsi: Dermatofit infeksiyalarının diaqnostikası
  • Qan analizləri: Autoimmun xəstəliklər şübhəsində, allergiya testləri üçün
  • Wood işığı ilə müayinə: Bəzi dəri infeksiyalarında (vitiliqo, fungal infeksiyalar)
Estetik xidmətlər (Kosmetologiya)

Klinikamızda dermatologiya şöbəsi çərçivəsində aşağıdakı estetik xidmətlər göstərilir:

Lazer epilyasiya: İstəmədiyiniz tüklərdən tibbi mühitdə, steril şəraitdə və peşəkar əllərdə xilas olun. Hepatit/HİV riski olmadan, kişi və qadınlar üçün bütün bədən bölgələrində epilyasiya xidməti.

Fraksional CO₂ lazer: Dəri yenilənməsi, qırışların azaldılması, akne izlərinin müalicəsi, kollagen sintezinin artırılması, dəri ləkələrinin azaldılması, dəri sıxlığının artırılması.

Krioterapiya: Papilloma, ziyil (ət xalı), mazollar, ağız daxilindəki xoşxassəli törəmələrin qanlı müdaxilə olmadan, soyuq şüa (maye azot) ilə aradan qaldırılması. Dərinin soyuqla canlandırılması, qızartının və iltihabın azaldılması.

Dərin üz təmizliyi (cistka): Peşəkar çistka ilə sağlam və parlaq dəri. Məsamələrin təmizlənməsi, qara nöqtələrin çıxarılması, dəri yenilənməsi.

PRP terapiyası: Saç tökülməsi və dəri yenilənməsi üçün öz qanınızdan əldə edilən plazmanın tətbiqi.

Mezoterapiya: Vitamin, mineral, amin turşularının dəri daxilinə inyeksiyası ilə dərinin nəmləndirilməsi, qidalandırılması, cavanlaşdırılması.

Kimyəvi pilinq: Dəri ləkələri, akne izləri, qırışların azaldılması üçün kimyəvi maddələrlə dərinin soyulması.

Botox (botulinum toksini): Mimik qırışların (alın, göz ətrafı, qaş arası) müalicəsi, həddindən artıq tərləmənin (hiperhidroz) azaldılması.

Dermal fillerlər: Dodaq dolğunluğu, nazolabial qırışların doldurulması, üz həcminin bərpası.

Lazer epilyasiya (Candela Gentle Pro)

Klinikamızda lazer epilyasiya xidməti Candela Gentle Pro lazer cihazı ilə həyata keçirilir. Ağrısız, sürətli və qalıcı nəticələr əldə edilir.

Qiymət cədvəli:

  • Üz (üst dodaq, çənə): 13 AZN
  • Qoltuqaltı: 12 AZN
  • Qol (tam): 25 AZN
  • Biqini (classic): 30 AZN
  • Bacak (tam): 35 AZN
  • Bütün bədən (Full Body): 40 AZN
  • Üz + boğaz + boyun: 10 AZN (kampaniya)
  • Üz + qoltuqaltı: 10 AZN (kampaniya)
  • Sinə + kürək: 45 AZN (kampaniya)
  • Kürək: 30 AZN (kampaniya)
  • Sinə: 30-35 AZN (kampaniya)

Hazırlıq qaydaları: Prosedurdan 2-4 həftə əvvəl ağartma kremləri, depilyasiya (ağda) və ya cımbızla tük çəkilməsi dayandırılmalıdır. Tüklər ülgüclə qısaldıla bilər. Prosedur günü dəri təmiz və quru olmalıdır.

Qeydiyyat: Lazer epilyasiya ilə bağlı ətraflı məlumat və qeydiyyat üçün: 050-586-03-36

Krioterapiya və Fraksional CO₂ lazer

Krioterapiya: Papilloma, ziyil, mazolların maye azotla dondurularaq aradan qaldırılması. Dərinin yenilənməsi, qızartının və iltihabın azaldılması. Qiymət: 30 AZN əvəzinə 20 AZN (kampaniya).

Fraksional CO₂ lazer: Dəri yenilənməsi, qırışların azaldılması, akne izlərinin müalicəsi. Qiymət: 50 AZN əvəzinə 30 AZN (kampaniya).

Birlikdə tətbiq: Daha hamar, parlaq və sıx dəri üçün mükəmməl tandem.

Kişilər üçün lazer epilyasiya

Kişilərə xüsusi lazer epilyasiya xidmətləri:

  • Qoltuqaltı tərləmədən qurtulmaq
  • Sinə və kürəyi təmiz saxlamaq
  • Daha baxımlı və rahat görünmək
  • Payız lazer epilyasiyanın ən uyğun mövsümüdür (günəşin təsiri azalır, dəri bərpa üçün daha əlverişlidir)
  • Kampaniyalar: Kişilər üçün 50% endirim (müddətli kampaniyalar)
Klinikanın üstünlükləri

Alyans Klinikasında dermatologiya və estetik xidmətlər təcrübəli dermatoloq və kosmetoloq tərəfindən müasir avadanlıqlarla həyata keçirilir. Klinikamızda tibbi mühitdə, steril şəraitdə lazer epilyasiya, krioterapiya və fraksional CO₂ lazer prosedurları tətbiq edilir. Bölgədə nadir tapılan Candela Gentle Pro lazer cihazı ilə ağrısız, sürətli və qalıcı nəticələr əldə edilir. Məqsədimiz dəri sağlamlığınızı qorumaq və estetik ehtiyaclarınızı peşəkar şəkildə qarşılamaqdır.

Haqqımızda

Alyans Klinika Şəkidə müasir tibbi xidmət, qabaqcıl diaqnostika və peşəkar həkim komandası təqdim edir.

Əlaqə Məlumatları

M.F. Axundov küçəsi 351A, Şəki, AZ-5500, Azərbaycan