Kolonoskopiya

ser4_usm
Hələ də suallarınız var?
Xəstə xidmətləri ilə əlaqə
+994559255511

Kolonoskopiya – Yoğun Bağırsaq Müayinəsi

Kolonoskopiya yoğun bağırsağın (kolonun) daxildən kamera vasitəsilə müayinəsidir. Ucunda işıq və kamera olan nazik, elastik boru vasitəsilə bağırsağın iç divarı ekranda izlənilir. Prosedur adətən sedasiya (yüngül keyitmə) altında aparılır, buna görə ağrı minimal olur.

Kolonoskopiya hansı hallarda tətbiq olunur
  • Uzunmüddətli qəbizlik və ya ishal
  • Nəcisdə qan görünməsi (hematokeziya)
  • Qarın ağrıları (səbəbi bilinmədikdə)
  • Səbəbsiz çəki itkisi
  • Dəmir çatışmazlığı anemiyası (səbəbi bilinmədikdə)
  • Bağırsaq poliplərinin aşkarlanması və çıxarılması
  • Yoğun bağırsaq xərçənginin erkən aşkarlanması (skrininq)
  • İltihabi bağırsaq xəstəlikləri şübhəsi (Kron xəstəliyi, Ülseratif Kolit)
  • Ailədə bağırsaq xərçəngi və ya polip tarixçəsi olan şəxslərdə skrininq
  • 50 yaşdan yuxarı hər kəsdə profilaktik skrininq
  • Əvvəlki kolonoskopiyada polip çıxarılmış xəstələrdə nəzarət
  • Rentgen və ya digər müayinələrdə şübhəli görüntü aşkarlanması
Simptomlar (həkimə nə vaxt müraciət etməli)
  • Uzun müddət davam edən qəbizlik və ya ishal (3 aydan uzun)
  • Nəcisdə qan görünməsi (parlaq qırmızı və ya tünd rəngli)
  • Qarında səbəbsiz ağrı, kramplar, şişkinlik
  • Səbəbsiz çəki itkisi
  • İştahsızlıq
  • Nəcis qıvamında dəyişiklik (nazik qələm kimi nəcis)
  • Xroniki yorğunluq, halsızlıq, dəri solğunluğu (anemiya əlamətləri)
  • Bağırsaq vərdişlərində dəyişiklik
  • Bağırsağın tam boşalmama hissi
  • Ailədə bağırsaq xərçəngi və ya polip tarixçəsi
Diaqnoz prosesi
  • Hazırlıq: Kolonoskopiyanın ən vacib hissəsi düzgün bağırsaq hazırlığıdır. Klinikamız tərəfindən təmin edilən xüsusi pəhriz və bağırsaq boşaltma təlimatlarına ciddi əməl edilməlidir
  • Sedasiya: Prosedur adətən sedasiya (yüngül keyitmə) altında aparılır, buna görə ağrı minimal olur
  • Pozisiya: Sol yan üstə uzanırsınız, dizlər qarın nahiyəsinə çəkilir
  • Kolonoskopun yeridilməsi: Həkim kolonoskopu anusdan daxil edərək yoğun bağırsaq boyunca irəliləyir
  • Hava/CO₂: Bağırsağı genişləndirmək və daha yaxşı görüntü əldə etmək üçün hava və ya karbon qazı verilir
  • Müddət: Təxminən 20-40 dəqiqə
  • Müayinə: Həkim bağırsaq divarını ətraflı müayinə edir, polip, şiş, xora, iltihab əlamətləri axtarır
  • Müdaxilə: Müayinə zamanı polip göründükdə elə həmin anda endoskopik yolla götürülə bilər (polipektomiya)
  • Biopsiya: Şübhəli nahiyədən toxuma nümunəsi götürülə bilər (biopsiya)
  • Bərpa: Sedasiya təsiri keçənə qədər (təxminən 1-2 saat) müşahidə altında qalırsınız
Hazırlıq qaydaları
  • 1-2 gün əvvəl: Xüsusi lifsiz pəhriz tətbiq edilməlidir (ağ çörək, makaron, bişmiş tərəvəz, düyü, yumurta, toyuq əti)
  • Qadağan qidalar: Meyvə, tərəvəz, paxlalılar, qoz-fındıq, toxumlar, qarğıdalı, tam taxıllar, lifli qidalar qadağandır
  • Maye qəbulu: Müayinədən 1 gün əvvəl yalnız şəffaf mayelər (su, çay, şəkərsiz kompot, bulyon, jele) qəbul edilməlidir
  • Bağırsaq boşaltma məhlulu: Həkiminiz tərəfindən verilən bağırsaq boşaltma məhlulu təlimatlara uyğun vaxtlarda içilməlidir (adətən axşam və səhər)
  • Dərmanlar: Qan durulaşdırıcılar (aspirin, varfarin, klopidoqrel) və diabet dərmanları barədə həkimə məlumat verin, müvəqqəti dayandırılması tələb oluna bilər
  • Nəqliyyat: Sedasiya tətbiq olunacaqsa, müayinədən sonra özünüz maşın sürə bilməzsiniz. Yanınızda bir yaxınınızın olması vacibdir
  • Ətraflı təlimat: Klinikamız tərəfindən sizə ətraflı yazılı təlimat veriləcək
Müayinə sonrası
  • İstirahət: Sedasiya təsiri keçənə qədər (təxminən 1-2 saat) istirahət edin
  • Şişkinlik: Bağırsağa verilən havaya görə şişkinlik, qaz hissi ola bilər – normaldır, qaz çıxarmaqla keçər
  • Qidalanma: Həkiminiz icazə verdikdən sonra normal qidalanmaya başlaya bilərsiniz
  • Nəticələr: Həkim müayinə zamanı gördükləri barədə ilkin məlumat verə bilər, biopsiya və polip nəticələri bir neçə gün sonra hazır olur
  • Məhdudiyyətlər: Sedasiya təsiri keçənə qədər (24 saat) maşın sürmək, spirtli içki qəbul etmək qadağandır
  • Polip çıxarıldıqda: Həkiminiz tərəfindən xüsusi qaydalar (müvəqqəti pəhriz, ağır qaldırma qadağası) veriləcək
  • Nəzarət: Polip çıxarıldıqda mütəmadi nəzarət lazımdır (həkim interval təyin edir)
Bağırsaq polipləri haqqında

Bağırsaq polipi — yoğun bağırsağın (kolon) və ya düz bağırsağın daxili səthində yaranan xırda, ətəbənzər çıxıntıdır. Çox vaxt xoşxassəli olur, lakin bəzən böyüyərək xərçəngə çevrilə bilər. Ona görə vaxtında aşkarlanması vacibdir.

  • Niyə yaranır? İrsiyyət, uzunmüddətli bağırsaq iltihabı, düzgün qidalanmama (az lif, çox yağlı və emal olunmuş qidalar), siqaret, alkoqol, yaş artdıqca risk yüksəlir (xüsusən 45-50 yaşdan sonra)
  • Əlamətləri nə ola bilər? Əksər hallarda heç bir əlamət vermir! Ammanəcisdə qan, qəbizlik və ya uzunmüddətli ishal, qarında ağrı, köp, dəmir çatışmazlığı anemiyası ola bilər
  • Müalicə: Polip adətən kolonoskopiya zamanı endoskopik yolla götürülür. Böyük və ya şübhəli poliplərdə hissədən biopsiya götürülür. Götürüldükdən sonra mütəmadi nəzarət lazımdır
Profilaktika üçün
  • 45 yaşdan sonra mütəmadi kolonoskopiya (ailədə risk varsa daha erkən)
  • Sağlam qidalanma (meyvə, tərəvəz, lifli qidalar)
  • Piylənmədən qaçmaq
  • Siqaretdən uzaq durmaq
  • Fiziki aktivlik
Klinikanın üstünlükləri

Alyans Klinikasında endoskopiya və kolonoskopiya müayinələri təcrübəli qastroenteroloq Dr. Elnur Süleymanov tərəfindən müasir endoskopik avadanlıqlarla həyata keçirilir. Klinikamızda icbari tibbi sığorta çərçivəsində endoskopiya və kolonoskopiya müayinələri aparılır. Müayinə zamanı aşkarlanan poliplər əksər hallarda elə həmin anda endoskopik yolla götürülür. Bağırsaq poliplərinin erkən aşkarlanması və çıxarılması ilə yoğun bağırsaq xərçənginin qarşısının alınmasında mühüm rol oynayırıq.

Haqqımızda

Alyans Klinika Şəkidə müasir tibbi xidmət, qabaqcıl diaqnostika və peşəkar həkim komandası təqdim edir.

Əlaqə Məlumatları

M.F. Axundov küçəsi 351A, Şəki, AZ-5500, Azərbaycan